ABŞ qırıcısı dənizə düşdü – Bir nəfər yaralandıbackend

ABŞ qırıcısı dənizə düşdü - Bir nəfər yaralandı

ABŞ Hərbi Dəniz Qüvvələrinə (HDQ) məxsus “USS Harry S. Truman” təyyarədaşıyan gəmisinin göyərtəsində insident baş verib.

KONKRET.az xəbər verir ki, HDQ-nin mətbuat xidmətinin məlumatına əsasən F-18 “Super Hornet” qırıcısı gəminin göyərtəsindən suya düşüb.

Hadisəyə əlverişsiz hava şəraiti səbəb olub.

Bildirilir ki, insident nəticəsində 1 hərbçi yaralanıb. Aviadaşıyıcının özü və onun üzərində yerləşən təyyarələr tapşırıqlara hazırlıq vəziyyətindədir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*