ABŞ Rusiyadan silah alan dövlətlərə XƏBƏRDARLIQ ETDİbackend

ABŞ Rusiyadan silah alan dövlətlərə XƏBƏRDARLIQ ETDİ

Vaşinqton Türkiyəni və digər xarici müttəfiqlərini, tərəfdaşlarını Rusiyadan bundan sonra silah və hərbi texnika almaqdan çəkinməyə çağırıb.

KONKRET.az xəbər verir ki, ABŞ-ın Dövlət katibi Entoni Blinken belə sövdələşmələrin Amerika sanksiyalarının təsiri altına düşə biləcəyini bildirib.

“Mən çox ümid edirəm ki, S-400 kompleksləri ilə bağlı Vaşinqton və Ankara irəlidə yol tapa biləcəklər. Ancaq bu da çox mühümdür ki, Türkiyə və ABŞ-ın digər müttəfiqləri, tərəfdaşları Rusiyadan silahlar almaqdan çəkinsinlər, o cümlədən əlavə S-400 kompleksləri. Çünki bu sövdələşmələr Rusiyaya gəlir, təsir imkanları və həmin ölkələrə çıxış imkanları verir. İstənilən halda Rusiyanın hərbi sənaye təşkilatları ilə istənilən əhəmiyyətli tranzaksiyalar ABŞ-ın CAATSA qanununun təsiri altına düşə bilər”,- Entoni Blinken deyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*