ABŞ Rusiyanı nüvə münaqişəsini qızışdırmaqda ittiham etdibackend

ABŞ Rusiyanı nüvə münaqişəsini qızışdırmaqda ittiham etdi

Birləşmiş Ştatlar BMT-də Rusiyanı nüvə münaqişəsini qızışdırmaqda ittiham edib.

KONKRET.az xəbər verir ki, ABŞ-nin daimi nümayəndəsi Tomas-Qrinfild Rusiya Federasiyasını sərt şəkildə tənqid edib. O, BMT-dəki çıxışında Rusiyanın son addımlarını qınayıb.

Diplomatın sözlərinə görə, Moskva dünya ölkələrini nüvə müharibəsi ilə hədələyir, dövlətləri dəhşətli müharibəyə sövq edir.

Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası (BMT) Rusiya və Çinin ABŞ və Yaponiyanın kosmosda nüvə silahının yerləşdirilməməsinə dair qətnamə layihəsinə düzəlişini qəbul etməyib.

ABŞ və Yaponiya tərəfindən hazırlanan qətnamə layihəsində “yer kürəsinin orbitində heç bir nüvə silahı və ya hər hansı kütləvi qırğın silahı yerləşdirməmək” tələb olunurdu.

Aprelin 25-nə keçən gecə səsvermə zamanı layihə 13 ölkə tərəfindən dəstəklənib. Çin bitərəf qalıb, Rusiya isə veto hüququndan istifadə edib. Moskva və Pekin təkcə kütləvi qırğın silahlarını (KQS) deyil, kosmosda istənilən silah növünü qadağan edən bənd layihəsinin təqdim edilməsini təklif ediblər.

Burhan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*