Mehdiyevin qızının vəkili niyə həbs edilib? – Şok detallarbackend

Mehdiyevin qızının vəkili niyə həbs edilib? – Şok detallar

Ramiz Mehdiyevin qızının vəkilinin həbsinin təəfərrüatı məlum olub.

KONKRET.az lent.az-a istinadla xəbər verir ki, vəkil Raman Abışov bir neçə gün əvvəl polis tərəfindən həbs edilib.

Məlumata görə, vətəndaşlardan biri bir neçə şəxsin əvvəlcədən razılaşaraq ondan müxtəlif vaxtlarda 70 min manat pul tələb edilməsinin qarşısının alınması ilə bağlı polisə müraciət edib.

Hadisənin əsasında bir neçə il əvvəl başlanmış avtomobil alqı-satqı biznesi münasibətləri dayanır. Tərəflər arasında yaranmış pul mübahisəsindən sonra zərərçəkmiş şəxs borcunun qaytarılmasını tələb edib. Bundan sonra məsələ daha fərqli müstəviyə keçib.

Pulun alınması üçün vətəndaşa psixoloji təzyiq göstərilməsi, onun həbs ediləcəyi ilə hədələnməsi və hüquq-mühafizə orqanlarında yüksək vəzifəli şəxslərin bu məsələdə maraqlı olmalarının görüntüsünün yaradılması planlaşdırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*