ABŞ səfirliyi Nəriman Axundzadəni təbrik etdibackend

ABŞ səfirliyi Nəriman Axundzadəni təbrik etdi

ABŞ səfirliyi azərbaycanlı futbolçu Nəriman Axundzadəni Ohayo ştatını təmsil edən “Columbus Crew” klubu ilə müqavilə imzalaması münasibətilə təbrik edib.

KONKRET.az xəbər verir ki, səfirlik bununla bağlı sosial şəbəkə hesabında təbrik mesajı yayımlayıb.

“Qarabağ”ın heyətində nümayiş etdirdiyi oyunla rəğbət qazanan istedadlı gənc hücumçu “Major League Soccer” (MLS) ilə müqavilə imzalayan ilk azərbaycanlı futbolçudur.

“Eyni zamanda, “Qarabağ” klubuna bu axşam Çempionlar Liqasında uğurlar və inamlı qələbə arzulayırıq!”, – səfirliyin mesajında qeyd olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*