ABŞ Senatının Xarici Əlaqələr Komitəsi NATO-nu Finlandiya və İsveçi tez bir zamanda alyansa qəbul etməyə çağıran qətnaməni yekdilliklə qəbul edib.
KONKRET.az xəbər verir ki, bu barədə informasiyanı İnterfaks agentliyi yayıb.
Aydaho ştatını təmsil edən yüksək səviyyəli komitə üzvü Cim Rişin bəyanatında bu qərar iki dövlətin NATO-ya daxil olmasına ikitərəfli dəstəyin və hərbi-siyasi blokun gücləndirilməsinin vacibliyinə sübutdur.
“Mən çoxdan deyirəm ki, İsveç və Finlandiyanın güclü siyasi və hərbi ənənələri onları Şimali Atlantika alyansı üçün ideal şəkildə uyğunlaşdırır”, – Riş bildirib.
O, Senatın komitədən nümunə götürəcəyinə və sözügedən qətnaməni tez bir zamanda qəbul edəcəyinə ümid etdiyini bildirib.
Roman Göytürk,
KONKRET.az
