Birləşmiş Ştatlar Suriyanın şimalındakı Ayn əl Ərəb (Kobani) bölgəsində yeni hərbi baza yaratmır və kürd qüvvələri ilə birgə patrul xidməti həyata keçirməyi planlaşdırmır.
KONKRET.az CNN-ə istinadən xəbər verir ki, bunu Pentaqon rəsmisi Sabrina Sinq deuib. O, ABŞ və Fransa hərbçilərinin Suriyanın şimalına yerləşdirilə biləcəyi ilə bağlı xəbərlərə də münasibət bildirib: “Əgər bunu nəzərdə tutursunuzsa, mən ABŞ və Fransa qüvvələrinin birgə patrul hərəkətindən xəbərsizəm”. Sinq həmçinin əmin edib ki, ABŞ Suriyadakı qüvvələrinin sayını dəyişməyi planlaşdırmır.
Vəli Həsənoğlu,
KONKRET.az