Nokauta düşən meksikalı boksçu bir həftə sonra öldübackend

Nokauta düşən meksikalı boksçu bir həftə sonra öldü

26 yaşlı meksikalı boksçu Arturo Torres sonuncu döyüşünün ardından komaya düşüb və bir həftə belə keçmədən dünyasını dəyişib.

KONKRET.az xəbər verir ki, bu barədə “Supreme Boxing” promouter şirkəti məlumat yayıb.

Qeyd olunur ki, sentyabrın 19-da Mexikali şəhərində Torres öz həmyerlisi Xilberto Qarsiya ilə qarşılaşıb. Görüş idmançının yeddinci raundda nokautla məğlub olması ilə yekunlaşıb. Döyüş bitdikdən sonra Torres huşunu itirənə qədər rinqdə qalıb. İdmançıya tibbi yardım göstərilərək Mexikalidəki xəstəxanaya yerləşdirilib. Orada onun beynindəki tromb səbəbindən təcili əməliyyat aparılıb və boksçu süni koma vəziyyətinə salınıb. Sentyabrın 25-də idmançı aldığı ağır xəsarətlərdən ölüb.

Xatırladaq ki, Torres peşəkar boksda ilk dəfə 2018-ci ilin noyabrında çıxış edib. O, karyerası ərzində 15 dəfə qələbə qazanıb, 6 dəfə məğlub olub və 3 qarşılaşmanı heç-heçə başa vurub.\Oxu.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*