ABŞ Dövlət Departamenti Türkiyəyə 23 milyard dollar dəyərində F-16 döyüş təyyarələri, təkmilləşdirmə dəstləri və digər sistemlərin mümkün satışına icazə verib.
KONKRET.az bildirir ki, təklif olunan satış ABŞ-nin siyasi məqsədlərinə və milli təhlükəsizliyinə töhfə vermək üçün nəzərdə tutulub.
Qeyd edək ki, ABŞ Dövlət Departamenti Yunanıstana da 8,6 milyard dollar dəyərində F-35 qırıcı təyyarəsi və hərbi avadanlıqların mümkün satışına dair qərar qəbul edib.
Konqresin sövdələşmələri nəzərdən keçirmək üçün otuz günü var.
Fatimə Lətif,
KONKRET.az
