ABŞ prezidenti Co Bayden Ukraynaya 400 milyon dollarlıq yeni yardım paketinin ayrılması haqqında fərman imzalayıb.
KONKRET.az xəbər verir ki, bu barədə informasiya Ağ Evin saytında yerləşdirilib.
Sənəddə deyilir ki, Bayden “müdafiə ləvazimatları və Müdafiə Nazirliyinin xidmətləri, habelə hərbi təhsil və təlim üçün” yardımın məbləğini köçürmək səlahiyyətini dövlət katibinə həvalə edib.
Cümə günü Birləşmiş Ştatlar Ukraynaya daha dörd HIMARS reaktiv yaylım atəşi sistemi və onların sursatını özündə əks etdirən 400 milyon dollarlıq hərbi yardım paketini elan edib. Bu avadanlıq və təchizat paketinə ABŞ-ın əvvəllər Ukraynaya göndərmədiyi 155 millimetrlik artilleriya qurğuları üçün 1000 mərmi daxildir.
Roman Göytürk,
KONKRET.az
