Rusiya Xarici İşlər Nazirliyi öz internet səhifəsində ABŞ və Böyük Britaniyanın hərbi cinayətləri ilə bağlı tarixi faktları dərc edəcək bölmə açacaq.
KONKRET.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
“Mən saytımızın yeni bölməsini təqdim etmək istərdim. Orada xronoloji ardıcıllıqla ABŞ və Britaniyanın bütün dünyada hərbi cinayətləri haqqında ətraflı məlumat yerləşdirəcəyik. Bu məlumatlar tarixçilərə, beynəlxalq münasibətlər üzrə mütəxəssislərə yaxşı məlumdur və indi də geniş ictimaiyyətə məlum olacaq”.
İqbal Rzayev,
KONKRET.az
