ABŞ və Çin rəhbərləri koronavirusun yaranma səbəblərini müzakirə etdibackend

ABŞ və Çin rəhbərləri koronavirusun yaranma səbəblərini müzakirə etdi

ABŞ prezidenti Cozef Bayden təxminən 90 dəqiqə Çin Xalq Respublikasının lideri Si Szinpinlə danışıb.

KONKRET.az xəbər verir ki, bu barədə ABŞ administrasiyasının rəsmi nümayəndəsi Cen Psaki bildirib.

O, qeyd edib ki, danışıqlarda koronavirus mövzusuna toxunulub. ABŞ rəsmisinin sözlərinə görə, virusun mənşəyinin müəyyənləşdirilməsi Ağ Ev üçün prioritet olaraq qalır.

“Danışıqlar təxminən 90 dəqiqə davam edib”, – o brifinqdə deyib.

Psaki bildirib ki, Bayden və Si Szinpin daha əvvəl də birlikdə çox vaxt keçirib, buna görə danışıq adət üzrə, amma açıq olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*