ABŞ və Filippin birgə hərbi təlimə BAŞLADI – ƏTRAFLI + ÖZƏLbackend

ABŞ və Filippin birgə hərbi təlimə BAŞLADI - ƏTRAFLIÖZƏL

ABŞ və Filippin birlikdə hərbi təlimə başlayıb.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Filippinin Luzon adasında keçirilən “Balikatan” (çiyin-çiyinə) təlimində ABŞ-dan 5 min 100, Filippindən isə 3 min 800 hərbçi iştirak edir.

ABŞ ordusunun rəsmisi Cey Bargeron verdiyi açıqlamada bildirib ki, Filippinlə ittifaq Hind-Sakit okean regionunda mühüm güc və sabitlik mənbəyi olaraq qalır.

Filippin ordusunun sözçüsü polkovnik Ramon Zaqala da təlimin qarşılıqlı müdafiə məqsədi daşıdığını bildirib.

Dəniz təhlükəsizliyi, amfibiya əməliyyatları, canlı atəş, yaşayış massivində hərbi əməliyyatlar, aviasiya, təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması kimi məsələlərin müzakirə olunacağı təlimin aprelin 8-dək davam edəcəyi bildirilir.

Qeyd edək ki, “Balikatan” təlimi ilk dəfə 1951-ci ildə Filippin və ABŞ arasında imzalanan Qarşılıqlı Müdafiə Sazişi çərçivəsində keçirilib.

İqbal Rzayev,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*