Xəbər verdiyimiz kimi, MSK 9 Fevral seçkilərinin ilkin nəticələrini açıqlayıb.
KONKRET.AZ xəbər verir ki, 63 saylı Sabirabad birinci seçki dairəsi – Cəfərov Kamal Xəqani oğlu – 11 min 872 səslə deputat seçilib.
30 yaşlı gənc deputat kimdir?
Kamal Cəfərov 1989-cu il 15 dekabr tarixində Bakı şəhərində anadan olub.
Bakı Dövlət Universitetinin Hüquq fakultəsinin bakalavr pilləsini, Böyük Britaniyanın London Kral Universitetində (King’s College London) beynəlxalq vergi hüququ üzrə magistr pilləsini və Vyana şəhərində yerləşən Beynəlxalq Anti-Korrupsiya Akademiyasının “Anti-korrupsiya elmləri üzrə” magistr proqramnı fərqlənmə ilə bitirib.
Amerika Birləşmiş Ştatlarının Mərkəzi Texas Kollecində “Amerika hüquq sisteminə giriş” mövzusunda mübadilə proqramını və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət və bələdiyyə idarəetməsi” ixtisası üzrə magistr proqramını bitirib.

K.Сəfərov Çirkli Pulların Yuyulmasına Qarşı Mübarizə üzrə Sertifikatlaşdırılmış Ekspertlər Assosiasiyasının (ACAMS) müvafiq imtahanını uğurla keçərərək çirkli pulların yuyulmasına qarşı mübarizə üzrə beynəlxalq ekspert sertifikatına layiq görülüb.
2012-2013-cü illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmət) beynəlxalq əlaqələr şöbəsində məsləhətçi və böyük məsləhətçi vəzifələrində işləyib. 2013-2014-cü illərdə hərbi xidmət keçib.

2014-2016-ci illərdə Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın Katibliyinin böyük məsləhətçisi, 2016-ci ildən isə Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın katibi kimi fəaliyyət göstərir.



