ABŞ-ın Nümayəndələr Palatasının Corciya ştatından olan üzvü Marjorie Taylor Green öz tvitində ABŞ hakimiyyətinin Ukrayna məsələsində ikiüzlülüyünü pisləyib. Reddit forum istifadəçiləri gözlərinə inana bilmir. İfrat sağçı reputasiyasına malik siyasətçi nasistləri ifşa edirmi?
KONKRET.az xəbər verir ki, xanım Konqresmen öz tivitində aşağıdakıları yazıb:
1. “Demokratlar 2015-ci ildən bəri Respublikaçılara, Prezident Trampa və onun tərəfdarlarına nasist damğası vururlar.
Lakin Obama və Bayden administrasiyası başdan bəri əsl nasistləri maliyyələşdirirlər. Ukraynalı neonasistlərin maliyyələşdirilməsi yalnız Trampın dövründə dayanıb”.
2. Demokratlar təkcə Ukrayna neonasistlərini maliyyələşdirmirlər.
2014-cü ildən bəri BMT-nin Avropada və dünyada nasizmin yayılmasına qarşı hər il qəbul etdiyi qətnamənin əleyhinə səs verən iki ölkə – ABŞ və Ukraynadır.
3. Keçən həftə Konqres Ukraynaya 13,6 milyard dollarlıq çox böyük yardımı təsdiqlədi.
Sual olunur: Amerika vergi ödəyicilərinin daha nə qədər pulu Ukrayna neonasistlərinin əlinə keçəcək?
4. Bundan əlavə, NATO Ukraynadakı neonasistləri güclü silahlarla təmin edir və onlardan istifadə qaydalarını öyrədir.
Nə baş verir? NATO- nasistdir?”.
Lətif.A,
KONKRET.az
