ABŞ və Rusiya arasında Baydenə görə nüvə müharibəsi başlaya bilər – Vaşinqtondan XƏBƏRDARLIQbackend

ABŞ və Rusiya arasında Baydenə görə nüvə müharibəsi başlaya bilər - Vaşinqtondan XƏBƏRDARLIQ

ABŞ Baydenə görə Rusiya ilə nüvə müharibəsi riski barədə xəbərdarlıq edib.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, amerikalı siyasətçi Qabbard Bayden səbəbindən Rusiya ilə nüvə müharibəsi riski barədə xəbərdarlıq edib.

ABŞ Konqresinin Nümayəndələr Palatasının keçmiş üzvü Tulsi Qabbard “Fox News” telekanalına müsahibəsində Vaşinqtonun Moskvaya qarşı hərəkətlərinin idarəolunmaz müharibəyə gətirib çıxaracağını deyib: “Prezidentin (Co Bayden – red) Rusiya ilə qarşıdurma yaratmaq istəyi daha yüksək inflyasiyaya, yanacağın qiymətinin artmasına səbəb olur. ABŞ və tərəfdaşları sanksiyalar tətbiq edərsə, o zaman vəziyyət daha da pisləşəcək” – Qabbard vurğulayıb.

Siyasətçi hesab edir ki, Moskva Amerikanın hərəkətlərinə cavab verə bilər. Bundan sonra isə Rusiya Vaşinqtonun reaksiyası ilə qarşılaşacaq. Qabbard əmindir ki, bu, iki böyük dövlət arasında qarşıdurmanın başlanmasına və nəticədə nüvə müharibəsinə səbəb olacaq.

“ABŞ prezidenti niyə bu yolu seçir?”

Son aylar Qərb Moskvanı Ukraynaya hücum planlaşdırmaqda ittiham edir. Buna görə də, sərt məhdudlaşdırıcı tədbirlər görəcəyi ilə hədələyir. Rusiya isə dəfələrlə “işğal” iddiasını rədd edir. Manevrlərdən sonra rus qoşunlarının dislokasiya yerlərinə qayıtmasına baxmayaraq, Vaşinqton və Londondan Kiyev və Moskva arasında müharibənin başlayacağı haqda proqnozlar gəlməkdə davam edir.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*