“ABŞ Venesuela və Sovet İttifaqına çevrilməyə məhkum olacaq” – ŞOK DETALLAR – VİDEObackend

“ABŞ Venesuela və Sovet İttifaqına çevrilməyə məhkum olacaq” – ŞOK DETALLAR - VİDEO

“ABŞ Sovet İttifaqının taleyini təkrarlamaq riski ilə üz-üzədir”.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ-ın keçmiş prezidenti Donald Tramp fikir səsləndirib.

Tramp siyasi fəaliyyətini davam etdirəcəyinə söz verib:

“Əgər bunu etməsəm, dövlətimiz Venesuela və ya Sovet İttifaqına çevrilməyə məhkum olacaq. Biz bu istiqamətə gedirik”, – sabiq Prezident narahatlığını ifadə edib.

Trampın sözlərinə görə, ABŞ-ın hazırkı prezident Co Bayden onun əvvəllər əldə etdiyi bütün xarici və daxili siyasi nailiyyətləri və üstünlüklərini itirib.

Qeyd edək ki, Tramp daha öncə Baydenin ABŞ-ı kömək istəməyə məcbur olan “kasıb ölkəyə” çevirdiyini vurğulayıb.  ABŞ-ın maliyyə naziri Canet Yellen isə NBC telekanalına müsahibəsində ölkə iqtisadiyyatının zəiflədiyini etiraf edib.

Müşviq Tofiqoğlu,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*