Abşeronda yaşayış binasında yanğın – VİDEO / YENİLƏNİBbackend

Abşeronda yaşayış binasında yanğın - VİDEO / YENİLƏNİB

Abşeron rayonunun Məmmədli qəbəsində yanğın baş verib.

KONKRET.az xəbər verir ki, hadisə qəsəbədə yerləşən hündürmərtəbəli yaşayış binasında qeydə alınıb.

Hadisə yerində FHN-in yanğınsöndürənləri cəlb edilib.

***

Nazirlikdən “Qafqazinfo”ya verilən məlumata görə, Abşeron rayonunun Məmmədli kəndində çoxmərtəbəli yaşayış binasında mənzildə yanğın olması barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.

***

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*