“Acer” velosiped istehsal etdi – VİDEObackend

Acer” velosiped istehsal etdi - VİDEO

Kompüter istehsalı üzrə dünya liderlərindən biri sayılan “Acer” şirkəti “Ebii” smart velosipedini təqdim edib.

KONKRET.az xəbər verir ki, bu barədə “Electrek” nəşri məlumat yayıb.

Bildirilib ki, “Ebii” inkişaf etmiş təhlükəsizlik sisteminə malikdir. Məsələn, istifadəçi ondan uzaqlaşarsa, velosiped avtomatik olaraq şassini kilidləyir.

Digər bir yenilik isə quraşdırılmış GPS-dir ki, bu da 24/7 nəqliyyat vasitəsinin hərəkətinə nəzarət etməyə və oğurluq zamanı onu uzaqdan bloklamağa imkan verir.

Çəkisi cəmi 16 kq olan “Ebii” 110 km məsafəni təmin edən 460 Wh batareya ilə təchiz edilib. Daxili elektrik mühərriki velosipedi 25 km/saata qədər sürətləndirməyə qadirdir.

Acer” velosipedin premyera tarixini və qiymətini açıqlamayıb.

İqbal Rzayev,

KONKRET.az 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*