Daxili İşlər Nazirliyi (DİN) növbəti həftələrdə açıq havada maskanın məcburi olacağı ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
KONKRET.az xəbər verir ki, DİN-in Kütləvi informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Report-a açıqlamasında yayılan məlumatların həqiqəti əks etdirmədiyini bildirib.
O, hələlik Nazirlər Kabineti yanında Operativ Qərargahın belə bir qərarının olmadığını deyib.
