“Ad dəyişikliyinin “Facebook” sosial şəbəkəsinə aidiyyəti yoxdur”backend

“Ad dəyişikliyinin "Facebook" sosial şəbəkəsinə aidiyyəti yoxdur”

Azərbaycan İnternet Forumunun prezidenti, ekspert Osman Gündüz “Facebook” şirkətinin adının dəyişdirilməsi ilə bağlı məlumat paylaşıb.

KONKRET.az xəbər verir ki, onun sözlərinə görə, “Facebook” şirkətinin adı dəyişdirilərək Meta adlandırılıb:

“Bu haqda bu gün keçirilən ənənəvi “Connect” konfransında çıxış edən Mark Zukerberq bildirib.

O, bu qlobal şirkətin yeni loqosunu da təqdim edib.

Ad dəyişikliyinin “Facebook” sosial şəbəkəsinə aidiyyəti yoxdur.

Bununla da öz tərkibində “Facebook” , Whatsapp, İnstagram kimi qurumları birləşdirən “Meta” şirkəti, əsasən, virtual və artırılmış reallıq məsələlərinə fokuslanacaq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*