Müğənni Afət Fərmanqızı Rusiyada yaşayan iş adamı ilə evlənir.
KONKRET.az xəbər verir ki, o bu barədə ARB-də yayımlanan “Həmin Zaur” verilişində danışıb.
“Nikah mərasimini yanvarın əvvəlinə planlaşdırmışıq. Qohumlar arasında 30-40 nəfərlik məclis olacaq. Şahidlər olsun ki, Afət Fərmanqızı ailə qurdu”.
Xatırladaq ki, Afət Fərmanqızı bir dəfə evli olub. Onun bir oğlu var.
