AFFA ermənilərin öldürdüyü futbolçu ilə bağlı FIFA və UEFA-ya məktub göndərdibackend

AFFA ermənilərin öldürdüyü futbolçu ilə bağlı FIFA və UEFA-ya məktub göndərdi

AFFA FİFA və UEFA-ya məktub ünvanlayıb.

KONKRET.az xəbər verir ki, bu barədə assosiasiya rəsmi saytı vasitəsilə məlumat yayıb. Qeyd olunub ki, sentyabrın 27-dən etibarən Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi atəşə tutması nəticəsində Naftalan şəhərində həlak olan ailənin üzvlərindən biri – 2007-ci il təvəllüdlü Şəhriyar Qurbanov 2017/2018-ci il mövsümündə AFFA-nın təşkilatçılığı keçirilən U-11 Liqasında UGİM (Naftalan) komandasının heyətində çıxış edib.

Azərbaycan futbol ailəsinin 13 yaşlı üzvünün həlak olması ilə əlaqədar AFFA dərin hüznlə başsağlığı verib, bütün şəhidlərimizə Allahdan rəhmət diləyib.

Şəhriyar Qurbanovun Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi atəşə tutması nəticəsində həlak olması ilə bağlı AFFA tərəfindən FİFA və UEFA-ya müvafiq məktublar ünvanlanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*