AFFA siqaret çəkən 2 futbolçunu millidən kənarlaşdırdıbackend

AFFA siqaret çəkən 2 futbolçunu millidən kənarlaşdırdı

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının futbolçuları Elnur Hüseynov (“Neftçi”, qapıçı) və Vüsal Şabanov (“Zaqatala”, qapıçı) yığmanın heyətindən kənarlaşdırılıb.

KONKRET.AZ AFFA-nın saytına istinadla xəbər verir ki, hər 2 futbolçu nizam-intizam qaydalarını pozduqlarına görə (siqaret çəkdikləri üçün) komandanın heyətindən kənarlaşdırılıblar.

Hər iki futbolçunun intizamsız davranışı barədə məxsus olduqları klublara AFFA tərəfindən məlumat göndərilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*