Sabirabad rayonu, Qaragüney kəndində ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb və fakt təsdiqini tapıb. Araşdırma zamanı ağacların kəsildiyi ərazinin vətəndaş Həmid Kərimova məxsus olduğu və təbiətə 22 min 740 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.
KONKRET.az xəbər verir ki, bunu xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib.
Onun sözlərinə görə, təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Baş Prokurorluğa göndərilib.
