Ağalıya ilk köçün tarixi MÜƏYYƏNLƏŞDİbackend

Ağalıya ilk köçün tarixi MÜƏYYƏNLƏŞDİ

İşğaldan azad olunmuş Zəngilan rayonunun Ağalı kəndinə ilk köçün tarixi müəyyənləşib.

KONKRET.az xəbər verir ki, bu barədə Publika.az-a açıqlamasında Zəngilan rayonunun Ağalı kənd sakini Vəliyəddin Paşayev deyib.

Vəliyəddin Paşayev bildirib ki, o, hazırda Ağalı kəndində təmir-bərpa işlərində çalışır:

“Ağalı kəndinə ilkin olaraq 41 ailənin köçürülməsi iyul ayının 19-20-də gerçəkləşəcək. Sabah ailə üzvlərimiz gedib analiz verəcəklər, testdən keçəcəklər. Bu prosedurlar da köç prosesi üçün nəzərdə tutulub. Artıq köç prosesinə hazırlıqlar görülür”.

Digər etibarlı mənbələrdən əldə etdiyimiz məlumatlara görə, ilk köç prosesi ilə bağlı Ağalı kəndində gerçəkləşdiriləcək mərasimdə ölkə başçısı İlham Əliyev də iştirak edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*