Qaçırılan “ASAN Xidmət” əməkdaşı tapıldıbackend

Qaçırılan “ASAN Xidmət” əməkdaşı tapıldı

Ağcabədidə qaçırılan qız tapılıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan KONKRET.az-a bildirilib ki, martın 7-də Laçın rayon sakini Tutu İbrahimovanın qaçırılması ilə bağlı Laçın Rayon Polis Şöbəsinə müraciət daxil olub.

Müraciətlə əlaqədar polis əməkdaşları tərəfindən keçirilmiş intensiv əməliyyat-axtarış tədbirləri nəticəsində T.İbrahimovanın olduğu yer müəyyən edilərək tapılıb və rayon polis şöbəsinə gətirilib.

Fakt üzrə Laçın Rayon Polis Şöbəsində cinayət işi başlanılıb.

Cinayət əməlini törətməkdə şübhəli bilinən şəxs və ya şəxslərin saxlanılması istiqamətində tədbirlər davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*