Ağcabədidə YANĞIN – Yol kənarında TƏHLÜKƏbackend

Ağcabədidə YANĞIN - Yol kənarında TƏHLÜKƏ

Ağcabədi rayonunda yanğın hadisəsi baş verib.

KONKRET.az-ın xəbərinə görə, hadisə Bəhrəmtəpə-Mingəçevir magistral yolunun Ağcabədi rayonunun Təzəkənd kəndindən keçən hissəsində qeydə alınıb.

Yol kənarında salınmış yaşıllıq massivində yanğın başlayıb. Nəticədə bir neçə irigövdəli ağac yanıb.

Əraziyə dərhal FHN-in Ağcabədi rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən briqadası cəlb olunub. Yanğının genişlənməsinin qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*