Ağstafada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Konkret.az APA-TV-yə istinadla xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Dağ Kəsəmən kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan “Mercedes” markalı minik maşını ilə “Niva” toqquşub. “Niva”nın sərnişini, 1989-cu il təvəllüdlü Elvin Heydərov hadisə yerində ölüb. Minik maşınları yararsız hala düşsə də, sürücülər qəzadan xəsarətsiz ötüşüb. Faktla bağlı araşdırma aparılır.