Ağstafada maskalı şəxslər evə basqın etdibackend

Ağstafada maskalı şəxslər evə basqın etdi

Ağstafa rayonunun Poylu qəsəbəsində maskalı şəxslər tərəfindən evə basqın olub.

KONKRET.az xəbər verir ki, yerli sakin Təranə Əliyevaya məxsus evdən pul oğurlayan naməlum şəxslər ərazidən uzaqlaşıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan “Report”un sorğusuna cavab olaraq bildirilib ki, məsələ ilə bağlı araşdırmalara başlanılıb.

İddialara görə, T.Əliyeva rayonda sələmçi kimi tanınır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*