Ağstafada minik maşını aşdı – Sürücü xəsarət aldıbackend

Ağstafada minik maşını aşdı - Sürücü xəsarət aldı

Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.

KONKRET.az-ın məlumatına görə, hadisə rayonun Düzqışlaq kəndində qeydə alınıb.

Hərəkətdə olan “Mercedes” markalı minik maşının sürücüsü idarəetməni itirib.

Nəticədə avtomobil yoldan çıxaraq əvvəlcə yol kənarındakı hasara dəyərək aşıb.

Qəza zamanı sürücü 1983-cü il təvəllüdlü Azər Yusibov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*