Qaxda ağır qəza: ölən və xəsarət alanlar var  backend

Qaxda ağır qəza: ölən və xəsarət alanlar var  - Yenilənib 

Qaxda yol qəzasında xəsarət alan qadın xəstəxanada vəfat edib.

Məlumata görə, qəza zamanı xəsarət alan Gülnarə Cəfərova Qax Rayon Mərkəzi Xəstəxanasında həkimlərin səyinə baxmayaraq ölüb.

***09:02

Qaxda minik avtomobilləri toqquşub, biri ağır olmaqla 4 nəfər xəsarət alıb.

KONKRET.az APA-ya istinadən xəbər verir ki, hadisə səhər saat 06:30-da Qax-Qorağan avtomobil yolunda baş verib.

İlkin məlumata görə, hərəkətdə olan iki minik avtomobili toqquşub. Qəza zamanı xəsarət alan 4 nəfər Nüşabə Musayeva, Arzuman Musayev, Gülnarə Cəfərova və Qəzənfər Həşimov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Qax Rayon Mərkəzi Xəstəxanasının (RMX) Təcili Tibbi Yardım Şöbəsinə yerləşdirliblər.

Yaralılardan G. Cəfərovanın vəziyyətinin ağır olduğu bildirilir. Hazırda yaralıların müayinəsi aparılaraq aldığı xəsarətlərin dərəcəsi dəqiqləşdirilir.

Qəza zamanı xəsarət alan şəxslərin Şəki rayon sakinləri olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*