Şahməddin Abdullayev bu agentlikdə yüksək vəzifəyə təyin olundubackend

Şahməddin Abdullayev bu agentlikdə yüksək vəzifəyə təyin olundu

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyində (İRİA) yeni təyinat olub.

KONKRET.az xəbər verir ki, bununla bağlı İRİA-nın İdarə Heyətinin sədri Fərid Osmanov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Şahməddin Abdullayev İRİA-nın Data İdarəetməsi departamentinin direktoru vəzifəsinə təyin edilib.

O, əvvəllər PAŞA Bank-da müxtəlif vəzifələrdə, o cümlədən data əməliyyatları şöbəsinin rəhbəri və BI və data analitikası istiqamətində rəhbər vəzifələrdə çalışıb.

Xatırladaq ki, daha əvvəl İRİA-da Data İdarəetməsi departamentinin direktoru vəzifəsində 2023-cü ildən cari ilin aprelinə qədər Kamran Ağayev işləyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*