Ağstafada uçan körpülərlə bağlı – Rəsmi açıqlamabackend

Ağstafada uçan körpülərlə bağlı - Rəsmi açıqlama

Fövqəladə Hallar Nazirliyi intensiv yağan yağışlar nəticəsində Ağstafa rayonunda ikisi Yuxarı Göycəli və biri Tatlı kəndi ərazisində olmaqla Həsənsu çayının üzərində yerləşən ümumilikdə 3 körpünün uçması ilə bağlı məlumat yayıb.

FHN-dən KONKRET.az-a verilən məlumata görə, hadisə yerinə nazirliyinin aidiyyəti nümayəndələri cəlb edilib, müvafiq tədbirlər görülüb.

Müəyyən edilib ki, aramsız yağışlar nəticəsində uçmuş (qəzalı vəziyyətə düşmüş) körpülər yuxarıda adları göstərilən kəndlərdə kənddaxili gediş-gəliş vasitəsi kimi istifadə edilib.

Hazırda həmin kəndlərin rayon mərkəzi və ya digər yaşayış məntəqələri ilə gediş-gəlişində hər hansı problem yoxdur.

Məsələ ilə əlaqədar müvafiq məsləhətləşmələr aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*