Ağsuda 10 odlu silah polisə könüllü təhvil verildibackend

Ağsuda 10 odlu silah polisə könüllü təhvil verildi

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən vətəndaşlarda qanunsuz saxlanılan odlu silah-sursatın könüllü təhvil verilməsi məqsədilə profilaktiki tədbirlər keçirilib.

BU barədə KONKRET.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Keçirilmiş profilaktiki tədbirlər nəticəsində rayon sakinləri müvafiq icra hakimiyyəti orqanından icazələri olmadan qanunsuz olaraq saxladıqları müxtəlif markalı 10 ov tüfəngini könüllü olaraq polisə təhvil veriblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*