Aİ-dən Ukraynaya 3 milyon qaçqın qayıdıbbackend

Aİ-dən Ukraynaya 3 milyon qaçqın qayıdıb

Hazırda Avropa İttifaqının sərhədləri daxilində 3,2 milyondan 3,7 milyona qədər ukraynalı qaçqın var.

KONKRET.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının daxili işlər üzrə komissarı Ylva Yohansson bildirib.

Ümumilikdə 6,7 milyon ukraynalı Aİ sərhədini keçib, lakin onlardan 3 milyona yaxını artıq öz vətənlərinə qayıdıb.

Praqada Aİ daxili işlər nazirlərinin qeyri-rəsmi görüşündən sonra keçirilən mətbuat konfransında xanım Yohansson bildirib ki, 3,5 milyon insan Ukraynaya qayıdıb, 3,7 milyon insan isə Aİ-də sığınacaq üçün qeydiyyatdan keçib.

Ylva Yohansson bildirib ki, vəziyyət pisləşərsə, Aİ konkret plan üzərində işləyir, Rusiya prezidenti Vladimir Putinin hərəkətlərinin nə olacağını və Ukrayna tərəfinin cavabının necə olacağını proqnozlaşdırmaq çətindir.

BMT-nin məlumatına görə , iyulun 6-da Rusiya hərbi əməliyyatları başlayandan 8,7 milyon insan Ukraynanı tərk edib, 3,2 milyonu ölkəyə qayıdıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*