Aİ Rusiyaya qarşı sanksiyaları sərtləşdirəcəkbackend

Aİ Rusiyaya qarşı sanksiyaları sərtləşdirəcək

Almaniyanın xarici işlər naziri Annalena Berbok bildirib ki, Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı sanksiyaları sərtləşdirəcək və Ukraynaya müdafiə məsələlərində daha çox dəstək verəcək. 

KONKRET.az xəbər verir ki, bu barədə nazirin Tvitter səhifəsində dərc olunmuş bəyanatda deyilir.

“Biz Rusiyaya qarşı sanksiyaları sərtləşdirəcəyik və Ukraynaya onun müdafiəsi məsələlərində daha da böyük dəstək verəcəyik” – Berbok yazıb.

Eyni zamanda Almaniyanın iqtisadiyyat və iqlim naziri, vitse-kansler Robert Habek Moskvaya qarşı yeni məhdudiyyətlərin vaxtının yetişdiyini qeyd edib.

“Mən sanksiyaların sərtləşdirilməsini məqsədəuyğun hesab edirəm. Biz Aİ-dəki tərəfdaşlarımızla buna hazırlaşırıq”, – o, “Bild” qəzetinə deyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*