Aİ və ABŞ Azərbaycanı təbrik etməlidir – Teysbackend

Aİ və ABŞ Azərbaycanı təbrik etməlidir - Teys

Avropa İttifaqı və ABŞ Şuşanın azad olunması münasibətilə Azərbaycan hökumətini rəsmi şəkildə təbrik etməlidir.

KONKRET.az xəbər verir ki, bunu amerikalı ekspert Piter Teys Trend-ə açıqlamasında deyib.

O bildirib ki, müxtəlif beynəlxalq siyasi platformalardan Azərbaycana dəstəyi təmin etmək lazımdır:

“Avropa İttifaqının üzvləri və Vaşinqton dünya və Azərbaycan mədəniyyətinin şahəsəri, İslam mədəniyyətinin və Azərbaycan memarlığının beşiyi, tarixi Şuşa şəhərinin azad olunması ilə əlaqədar Azərbaycan hökumətini rəsmi şəkildə təbrik etməlidir”.

Ekspertin sözlərinə görə, dünya bilməlidir ki, Azərbaycanın qəhrəman Ordusunun öz suveren ərazilərini faşist Ermənistan ordusundan və erməni terrorundan azad etməsi bütün Cənubi Qafqaz regionundan təhlükəsizliyin təmin olunması deməkdir:

“Dünya ölkələri Azərbaycan Silahlı Qüvvələrini işğal olunmuş ərazilər azad etmə işində dəstəkləmək üçün birləşməlidir. Mən Azərbaycanın böyük və heyranedici şəhəri, Azərbaycan mədəniyyətinin qədim mərkəzi Şuşanın azad edilməsi xəbərinə çox sevindim. Dağlıq Qarabağ Azərbaycandır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*