Ailəsi Azəri evə aparır – “Orqanizm yaşama qabiliyyətini itirib”backend

Ailəsi Azəri evə aparır - “Orqanizm yaşama qabiliyyətini itirib”

Bir neçə gündür süni tənəffüs aparatına qoşulan aktyor Azər Baxşəliyevin son durumu açıqlanıb.

KONKRET.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya Azərbaycan Tibb Universitetinin mətbuat katibi Günel Aslanova məlumat verib.

Onun sözlərinə görə, dünən axşamdan etibarən həkimlərin səylərinə baxmayaraq, xəstənin ümumi vəziyyətində geridönməz proseslər baş verib:

“Poli orqan çatmamazlığı səbəbindən, orqanizm yaşama qabiliyyətini itirib. Bu səbəbdən Azər Baxşaliyevin valideyn və ailə üzvlərinin istəyi ilə xəstə bu gün evə aparılır”.

Qeyd edək ki, A.Baxşəliyev uzun müddətdir böyrək çatışmazlığından əziyyət çəkir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*