KONKRET.az xəbər verir ki, Rusiya prezidentinin Yaxın Şərq və Afrika ölkələri üzrə xüsusi elçisi, xarici işlər nazirinin müavini Mixail Boqdanov Ermənistanın Moskvadakı səfiri Vardan Toqanyanla Yaxın Şərqdə, o cümlədən Suriyada nizamlanma məsələlərini müzakirə edib.
Söhbət zamanı Yaxın Şərqdə Rusiya-Ermənistan çoxşaxəli əməkdaşlığının aktual problemləri, o cümlədən Suriyanın nizamlanması problemləri müzakirə olunub.
Ermənistan səfiri Rusiya Xarici İşlər Nazirliyinin nümayəndələri ilə görüşdə hansı aktual məsələləri həll etdi?
Ermənistanın tanınmış siyasi şərhçisi Akop Badalyan bildirir ki, Suriyada erməni katolik keşişi və atası öldürülüb. Bununla əlaqədar, Ermənistan Xarici İşlər Nazirliyi hadisənin Türkiyəni qınayan bir bəyanat yayıb. Bəzi mənbələrə görə, İslam Dövləti qətlin məsuliyyətini öz üzərinə götürüb.
Akopyan bildirir ki, Türkiyə Suriyanın şimalındakı problemləri iki formatda – ABŞ-Türkiyə və Rusiya-Türkiyə formatlarında müzakirə edir. Maraqlıdır ki, Ermənistan səfirinin Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi ilə görüşü Türkiyə prezidenti Ərdoğanın ABŞ-a səfəri ilə eyni vaxtda baş verir. Siyasi şərhçi eyham vurur ki, səfərdən əvvəl “Vaşinqton Post” qəzeti ABŞ prezidenti Trampın Rusiya ilə müdafiə əməkdaşlığından imtina qarşılığında Ərdoğana 100 milyard dollarlıq müqavilə təklif edəcəyini bildirmişdi.
Politoloqa görə, Ərdoğan Rusiya ilə ABŞ arasında qalıb. Ona görə də İrəvan və Moskva Ərdoğanın Rusiya ilə “qalmasına” səbəb ola biləcək hansısa bir məsələni müzakirə edib.
Xatırladaq ki, bir neçə həftə əvvəl Qamışlıda erməni təhlükəsizliyi məsələsi Türkiyənin Suriyaya daxil olduğu günlərdə Ermənistanın Baş naziri Nikol Paşinyan Vladimir Putinlə görüşündə qaldırmışdı. Sonra baş nazir bu məsələnin Putinlə Ərdoğan arasında Soçidə keçirilən görüşdə müzakirə edildiyini, burada Suriyanın şimalındakı ortaq Türkiyə-Rusiya patrulları haqqında razılıq əldə olunduğunu söyləmişdi.
Qamışlıda bir erməni keşişinin öldürülməsi isə onu göstərdi ki, Putin erməni icmasının təhlükəsizliyini təmin edə bilmir.
Badalyan sual verir ki, görəsən, görüş kimin təşəbbüsü ilə baş tutub?