Aktyor səhnədə öldübackend

Aktyor səhnədə öldü

Rusiyada aktyor tamaşa zamanı ölüb.

KONKRET,AZ bildirir ki, tamaşada mələk rolunu oynayan aktyor Andrey Semyonov qəfildən ölüb.

Teatrda “Çox sadə bir hekayə” adlı bir tamaşa oynanılan zaman sənətçi qan laxtalanması səbəbindən dünyasını dəyişib.

Aktyor 17 dekabr 1962-ci ildə anadan olub.

Semyonov teatrda ilk rolunu 1992-ci ildə Nikolay Qoqolun “Evlənmə” pyesində oynayıb. Ümumilikdə, sənətçi müxtəlif əsərlərdə 30-dan çox rolda çıxış edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*