“Ermənistanın Dağlıq Qarabağdakı məğlubiyyəti Paşinyanın günahıdır”
Bu fikirləri “Vətən Arsenal” jurnalının hərbi mütəxəssisi Aleksey Leonkov “Krasnaya Vesna” informasiya agentliyinə müsahibəsində bildirib.
O vurğulayıb ki, “Qarabağdakı humanitar fəlakət, Şuşanın təslim olması, həddindən artıq hərbçinin ölməsi Paşinyanın səbatsızlığı ucbatındab beş verib”.
Hərbi ekspert xüsusi olaraq qeyd edib ki, Paşinyan Dağlıq Qarabağa döyüşmək üçün gedən könüllüləri naməlum səbəbdən saxlayıb: “Onların sərhədi keçməsinə nədənsə icazə verilmədi. Nikol şüurlu şəkildə Dağlıq Qarabağın təslim olmasına səy göstərirdi və buna nail oldu”.
Natiq Səlim,
KONKRET.az
