Alen Simonyan Bakıya gələcək?backend

Alen Simonyan Bakıya gələcək?

Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan sentyabrın 1-də Bişkekdə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevlə keçirilən görüşdən sonra Bakıya səfər edə biləcəyini istisna etməyib.

KONKRET.az xəbər verir ki, bu barədə erməni mətbuatı yazıb.

Onun sözlərinə görə, tərəflər sülh prosesinin dərinləşdirilməsini müzakirə edib və həll olunmamış məsələlərin tənzimlənməsi üçün yeni mexanizmlərin tətbiqi barədə razılığa gəliblər.

“Mən belə bir səfər edə biləcəyimi istisna etmirəm, lakin konkret tarix deyə bilmərəm”, – deyə Simonyan bildirib.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*