Almaniya hökuməti Çexiya şirkətinə məxsus 58 tankın Ukraynaya satışını təsdiqləyib.
KONKRET.az xəbər verir ki, bu barədə “Welt am Sonntag” qəzeti yazıb.
Xəbərdə Almaniyanın müdafiə naziri Kristine Lambrextin keçmiş Şərqi Almaniyanın ehtiyatlarından qalan 58 ədəd “PbV -501” tipli tankın Ukrayna ordusuna təhvilinə icazə verdiyi bildirilib.
Məlumat üçün bildirək ki, Almaniyanın yenidən birləşməsindən sonra ordunun inventarında olan tanklar 1990-cı illərin sonunda İsveçə, daha sonra isə Çexiyadakı bir şirkətə satılıb. Çexiya şirkəti 2019-cu ildə tankları Ukraynaya satmaq istəyib, lakin Almaniya həmin vaxt buna icazə verməyib.
Qeyd edək ki, Almaniyadan silah alan ölkələrin bu silahları üçüncü ölkəyə sata bilməsi üçün Berlin hökumətinin icazəsi lazımdır.
İqbal Rzayev,
KONKRET.az
