“O, danlayır, təhqir və tənqid edir. Bəs indi Ukrayna səfiri Andriy Melniki hərəkətə gətirən nədir ki, “küskün qaraciyər kolbasası” adlandırdığına görə kansler Şolzdan üzrxahlıq diləmək istəyir?
KONKRET.az xəbər verir ki, bu suallar “Der Spiegel” nəşrinin hazırladığı məqalədə əks olunub.
Ukraynanın Almaniyadakı səfiri Andriy Melnik Almaniya kansleri Olaf Şolzdan üzr diləmək istəyir: “Əlbəttə ki, şəxsən ondan çox üzr istəyirəm” – Melnik “Der Spiegel”ə açıqlamasında belə deyib.
“Kolbasa ilə bağlı bəyanat diplomatik olaraq yersiz idi. Razıyam, bu fikirlərim o qədər də möhtəşəm səslənmir. Mən çox təəssüf edirəm ki, “kolbasa” ilə bağlı sözlər Ukrayna prezidenti Volodimir Zelenskini əsəbiləşdirdi” – Melnik vurğulayıb.
Melnikin Şolzu təhqir etməsindən ay yarım vaxt keçməsinə baxmayaraq indi bütün dünya bu məsələdən danışır. Tokiodan Vaşinqtona qədər hər kəs “kolbasa” mövzusunu və bunun kimə deyildiyini artıq yaxşı bilir.
“İndi o, Almaniya kansleri ilə şəxsən danışmaq istərdi”, – “Welt” və dünyanın yüzlərlə digər nəşrləri Melnikin sözlərindən sitat gətirir.
“Almaniya kanslerini daha necə aşağılamaq olar? Bəlkə hər il “kolbasa” məsələsinə görə, “Ukraynanın üzrxahlıq günü” kimi qeyd olunsun?” – nəşr məqaləni yekunlaşdırır.
Müşviq Tofiqoğlu,
KONKRET.az
