Almaniya Ukraynaya hərbi yardımı iki dəfə artıracaqbackend

Almaniya Ukraynaya hərbi yardımı iki dəfə artıracaq

2024-cü ilin birinci rübündə Almaniya hökuməti beş milyard avrodan çox dəyərində silah ixracı üçün icazəni təsdiqləyib. Bu məbləğin 74%-i Ukraynaya gedəcək.

KONKRET.az xəbər verir ki, bu barədə məlumat Almaniya Maliyyə Nazirliyinin saytında dərc olunub. Beləliklə, Almaniyadan silah ixracı 2023-cü ilin eyni dövrü ilə müqayisədə iki dəfədən çox artıb.

“Almaniya hökuməti birinci rübdə 5,2 milyard avro dəyərində silah ixracına icazə verib”, – Almaniya Maliyyə Nazirliyinin saytındakı sənəddə deyilir. Bu məbləğin 74%-i Ukraynanın payına düşür. 2024-cü ilin birinci rübündə Ukraynaya yardım 2023-cü ilin birinci rübündəki 497 milyon avro ilə müqayisədə 3,8 milyard avroya, yəni iki dəfədən çox artıb.

Xatırladaq ki, Almaniya hakimiyyəti Ukraynanı daha bir Patriot hava hücumundan müdafiə sistemi ilə təchiz etmək planlarını təsdiqləyib. Almaniya Müdafiə Nazirliyi sosial şəbəkələrdə ölkənin dərhal Ukraynaya daha bir Patriot qurğusunu köçürəcəyini bildirib. Almaniya kansleri Olaf Şolç məlumatı rəsmən təsdiqləyib.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*