İqlim fəalı “Son Nəsil” qrupu iqlim dəyişikliyinə diqqət çəkmək üçün Almaniyanın paytaxtı Berlinin simvollarından biri olan Brandenburq qapısını sarı və narıncı boya ilə rəngləyib.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, tarixi qapının altı sütununu rəngləyən 13 fəal saxlanılıb.
Berlin əyalətinin baş naziri Kay Veqner Brandenburq qapısındakı boyalı etirazı sərt tənqid edib. Səbəb isə tarixi sütunlara zərər verilməsidir.
Aksiyadan sonra ətrafa mühafizə zolağı çəkilib, tarixi darvazanın boyası təmizlənib.
Qeyd edək ki, Almaniya 2045-ci ilə qədər neytral olmağı hədəfləsə də, “Son Nəsil” qrupu Almaniyadan 2030-cu ildə qalıq yanacaqlardan istifadəni dayandırmasını tələb edir.
Natiq Səlim,
KONKRET.az