Almaniyada hansı şirkətlər Ermənistana maraq göstərir – GÖRÜŞbackend

Almaniyada hansı şirkətlər Ermənistana maraq göstərir – GÖRÜŞ

KONKRET.az shamsiyan.com-a istinadla xəbər verir ki, Ermənistanın iqtisadiyyat naziri Tiqran Xaçatryanın Almaniyanın Ermənistandakı səfiri Maykl Bantjaffla görüşündə alman şirkətlərinin bu ölkəyə investisiya qoymaq imkanları müzakirə edilib. Səfir bildirib ki, “Alman şirkətlərinin dağ-mədən, elektrik enerjisi, informasiya texnologiyaları və bir sıra digər sahələrdəki fəaliyyəti göstərir ki, onlar Ermənistana maraq göstərirlər. Bilirəm ki, Ermənistan hökumətinin prioritetlərindən biri ölkəyə investisiya cəlb etməkdir və bu baxımdan ölkələr arasında qarşılıqlı əlaqələrin inkişaf etdirilməsini vacib sayıram”.

Tiqran Xaçatryan İnvestorlara Dəstək Mərkəzinin əsas məqsədlərini və xüsusilə kənd təsərrüfatı, istehsalat, informasiya texnologiyaları, turizm sahələrində əməkdaşlığın daha da inkişaf etdirilməsində alman şirkətlərinin rolunun vacibliyini bildirib. Nazirin sözlərinə görə, alman şirkətləri kənd təsərrüfatı, şərabçılıq və bir sıra digər sahələrdə məsləhət xidmətləri göstərir və toxuculuq və turizm sahələrinə ciddi maraq göstərir. O qeyd edib ki, İrlandiya Ryanair-in istifadəyə verilməsi də Almaniya ilə sərnişin axını üçün daha böyük imkan yaradacaq. Maykl Bantjaffın fikrincə, Ermənistan orta müddətdə Avropa Birliyi və digər qonşu ölkələrlə ciddi əlaqələr qura bilər. Görüşdə Alman Beynəlxalq Əməkdaşlıq Şirkətinin müxtəlif istiqamətlərindəki layihələrinin imkanlarına da toxunulub. Nazir qarşıdakı proqramların ölkələrin ikitərəfli iqtisadi əlaqələrinin möhkəmlənməsi və xüsusilə Ermənistanda KOB sektorunun inkişafı üçün böyük əhəmiyyət kəsb edəcəyini qeyd edib.

F.PAŞAYEV

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*