Almaniyanın Saksoniya əyalətində, Görlitz şəhəri yaxınlığındakı hava elektrik ötürücü xətlərinin iki yarımstansiyasında partlayıcı qurğular aşkarlanıb. Bu hadisə ölkədə yeni təxribatların törədilə biləcəyi ilə bağlı ciddi narahatlıqlar yaradıb.
KONKRET.az xəbər verir ki, bu barədə “BILD” nəşri məlumat yayıb.
Xatırladaq ki, sentyabrın 2-də təxminən 50 kilometr aralıda yerləşən Brandenburqdakı yarımstansiyada elektrik xətlərinin zədələnməsindən sonra da raketə bənzər oxşar qurğular tapılmışdı. Bundan başqa, Kölns yaxınlığındakı Berqheym ərazisində də yarımstansiyaya qarşı digər bir təxribat xarakterli hücum həyata keçirilmişdi.
Faktla bağlı polislər tərəfindən araşdırma aparılır.
Natiq Səlim,
KONKRET.az
