Almaniyanın daha bir GÜNDƏMİ: “İslam və islamçılıq arasında qırmızı xətt”backend

Almaniyanın daha bir GÜNDƏMİ: "İslam və islamçılıq arasında qırmızı xətt"

Avstriya kansleri Sebastian Kurz: “Mən Avropada bu xəstə ideologiyanı istəmirəm!”

Maraqlıdı, bəs dini adətlər nə vaxt sərt və təhlükəli ideologiyaya çevrilir? Bəs islamçılığı necə tanımaq olar? Bavariyanın daxili işlər naziri Joaxim Herrmannın sözlərinə, “İslamçılıq dini İslam hökmlərinin, digər sosial modellərə zidd olaraq, zorakılıqla həyata keçirildiyi yerdən başlayır”.

İnteqrasiya üzrə ekspert Əhməd Mansur isə izah edir ki, “İnteqrasiya üçün ən böyük maneə özümüzük”.

BILD-ə görə Almaniyanın islamçılıqla bağlı ən böyük problemi buradadır: Müsəlmanların Mərkəzi Şurası (MMŞ) çətir təşkilat sayılır, lakin Almaniya müsəlmanlarının yalnız kiçik bir hissəsini təmsil edir.

Buna baxmayaraq, onun üzvləri arasında barışmaz islamçılar və demokratiya əleyhdarları var. Məsələn, Atib “Boz Qurdlar”ın qalasıdır. “Türk Boz Qurdlar”ı Almaniyanın ən böyük sağçı ekstremist qruplarından biridir. Onların tərəfdarları yəhudilər, kürdlər, yezidilər və digər azlıqlar üçün ciddi təhlükə yaradır”, – deyə Berlindəki Amerika Yəhudi Komitəsinin rəhbəri Remko Lemhuis bildirib. Hamburq İslam Mərkəzinin daxili işlər üzrə eksperti Kristof de Vries isə deyir ki, “Hamburq İslam Mərkəzi ideoloji, təşkilati və kadr baxımından İranın mənəvi və siyasi rəhbərliyi tərəfindən idarə olunur”.

Remko Limhuis əlavə edir: “Bu mərkəz həm də ötən ildən Almaniyada qadağan edilmiş terror təşkilatı Hizbullah tərəfdarlarının görüş yeridir”.

Almaniya Türk-İslam Dini Qurumlar Birliyi birbaşa Türkiyə Diyanət İşləri Nazirliyinə tabedir. Həmin Birlik nümayəndələri son zamanlar anti-İsrail kampaniyaları və Türkiyə prezidenti Ərdoğana sədaqətləri ilə diqqət çəkiblər. Bəs müsəlman icması necə? Şimali Reyn-Vestfaliyanın İnteqrasiyası üzrə Dövlət Katibi Serap Gülər: “Ölkəmizdəki müsəlmanların böyük əksəriyyəti özünü İslama bağlı hiss edir, amma islamçılığa yox”.

Buna baxmayaraq, hətta mühafizəkar gündəlik İslamda da islamçılıqla təmas nöqtələri var. Qadınlara qarşı ayrı-seçkilik “Böyük problem seksuallıq və seksuallaşma ilə bağlıdır, məsələn, qızların bədən tərbiyəsi və ya üzgüçülüklə məşğul olmasına qadağa”, deyə Əhməd Mansur bildirir.

İslam eynicinsli münasibətlərə dözmür və mümkün qədər belə mövzuları sıxışdırır. Müsəlmanların homoseksual cütlüklərə hücum halları da elə bu baxımdandır.

Almaniyada yaşayan bir qrup islam mütəxəssisləri düşünür ki, “Antisemitizm inteqrasiyaya maneədir”. Son aylarda Almaniyada sinaqoqlar qarşısında antisemit nümayişlər dalğasının və ya məscidlərdə İsrailə nifrət doğuran silsilə moizələrin çoxlu nümunələri var. Daxili İşlər Nazirliyinin dövlət katibi Stefan Mayerin sözlərinə görə, ən radikal islamçılar Konstitusiyanın Müdafiəsi İdarəsi tərəfindən izlənilir, onların cəmi 12 min nəfər üzvü var. “Dövlət bu cür qeyri-insani intriqalarla mübarizə aparmağa borcludur”, deyə siyasətçi vurğulayıb.

Müəllif: Anna Soroka

Hazırladı: Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*